Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində tələbələr üçün“Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol”adlı müsabiqə xarakterli təlimin keçirilməsinə start verildi. Bununla əlaqədar olaraq 16 dekabr, 2015-ci il tarixində AMB və Fond nümayəndələri tərəfindən müsabiqədən keçməyən tələbələr üçün sessiya keçirildi. “Əmanətlərin sığortalanması” mövzusunu əhatə edən təlim tələbələr tərəfindən maraqla dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.
Xatırladırıq ki “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində 14-18 dekabr, 2015-ci il tarixlərində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlim keçirilir
Təlim 2 mərhələdən ibarətdir. Birinci mərhələdə seçilmiş tələbələr növbəti mərhələdə Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, “FINCA Azerbaijan” və YapıKredi Bank Azərbaycanda tədris səfərlərində və onların keçirəcəyi seminarlarda iştirak hüququ əldə edəcəklər.
Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq, həmçinin Əmanətlərin Sığortalanması Fondunun xüsusi hədiyyələrini əldə etmək imkanı qazanacaqlar.






Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər