15 dekabr 2015-ci iltarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional Direktor müavini xanım Simona Haberli və Milli Proqram Rəhbəri cənab Elxan Mikayılov, İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Proqram üzrə Meneceri cənab Reto Veyerman və Makroiqtisadi Yardım şöbəsinin Direktorunun müavini cənab Yonas Frankla Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri arasında görüş keçirildi.
Görüş zamanı qonaqlar Fondun fəaliyyəti, kompensasiyaların ödənilməsi proseduru, proqram təminatı,əhalinin Fond haqqında məlumatlandırılması işi ilə yaxından tanış oldular. Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri arasında Fondun strateji hədəfləri, gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparıldı, qarşı tərəfi maraqlandıran suallar cavablandırıldı.

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər