Avrasiya Regional Komitəsinin “ Hədəf nisbəti və qorunan məbləğ” mövzusunu əhatə edən budəfəki seminarında ümumilikdə Komitənin 6 üzvü (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan), o cümlədən müşahidəçi qismində Belarusiya Depozitlərin Sığortalanması Fondu və Tacikistan Depozitlərin Sığortalanması Fondunun nümayəndələri iştirak etdi. Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və Azərbaycan əmanətlərin sığortalanması fondları mövzu ilə bağlı öz təcrübələrini bölüşdülər. Prezentasiyalar dinlənildikdən sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Məlumat üçün bildirmək istərdik ki, bu seminar Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin sayca 7-ci onlayn seminarıdır. 2014-cü ilin oktyabr ayından etibarən bu cür seminarlar rübdə 1 dəfədən çox olmayaraq keçirilir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər