Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilir.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Müsabiqə 30 gün davam etməklə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrəwww.musabiqe.edu.azsaytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək.
İştirak etmək istəyənlər hazırladıqları filmləri 17 aprel 2015-ci il tarixinədəkwww.musabiqe.edu.azsaytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər.
Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub