27-28 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu birgə məktəb müəllimləri üçün “Həyat Dərsi” mövzusunda seminar keçirdi. Seminarın əsas məqsədi müxtəlif məktəblərdən seminara qatılan müəllimlərə həyatda qarşılaşacaqları Maliyyə problemləri və onların həlli yolları haqqında məlumat vermək idi. Daha sonra iştirakçılara kreditin növləri, kredit almağın fəsadları, borclanma, əmanətin növləri, əmanət yerləşdirmənin faydaları və əmanətlərin sığortalanması sistemi haqqında geniş məlumat verildi və müəllimləri marağlandıran suallar cavablandırıldı. Sonda müəllimlər təşkilatçılara müraciət edərək seminarın çox marağlı keçdiyini bildirdilər və bu cür seminarların mütəmadi olaraq təşkil olunmasının zəruriliyini vurğuladılar.
Məlumat üçün bildirmək istərdik ki, ümumilikdə seminar iki gün hər biri 21 nəfərdən ibarət iki qrup üçün təşkil olundu.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər