2014-cü ilin 9 ayının yekunlarına əsasən fiziki şəxslərin cəmi əmanətləri (6 556 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil etmişdir.
Cari ilin 9 ayının yekununda fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat, qorunmayan əmanətlər 3,14 milyard manat, qorunan əmanətlər 3,42 milyard manat, sığortalanan əmanətlər isə 1799 milyon manat təşkil etmişdir.
Qorunan əmanətlərin 63%-i manatın, 33%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.
Üzv banklar tərəfindən 6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5%) nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,68 faizinin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətçilərin 0,32 fazinin əmanəti qismən sığortalanır.
Hazırda Fondun sığorta ehtiyatları 88,5 milyon manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 74, 3 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,3 % təşkil etmişdir. Fondun 5,0 milyon Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.
Fondun iştirakçısı olan bankların sayı 42-dir.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırmaq istərdi ki, 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.
Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub