21 noyabr 2014, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.
Bu istiqamətdə 20-21 noyabr 2014-cü il tarixlərində layihə çərçivəsində Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə banklar üçün “Əmanətlərin sığortalanması” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd bankların əməliyyat və müştəri xidmətləri departamentlərində çalışan əməkdaşlarına əmanətlərin sığortalanmasında dünya və yerli təcrübə, müştərilərin məlumatlandırılması haqqında məlumat vermək, ADİF-in qaynar xəttinə ən çox verilən sualların, bank əməkdaşlarında sual yaradan məsələlərin müzakirəsi və cavablandırılması olmuşdur. Seminarda ümumilikdə 26 kommersiya bankının əməkdaşları iştirak etmişdir.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər