Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı çərçivəsində məktəblərə səfərini davam etdirir. MB və ƏSF-nin 6 noyabr 2014-cü il tarixində keçirdiyi səfərdə auditoriya kütləsi “Bakı Beynəlxalq Məktəbin” əcnəbi şagirdləri oldu. Ziyarət zamanı şagirdlərə Beynəlxalq Əmanət Günü ilə bağlı ətraflı məlumat verildi. Daha sonra şagirdlərin marağına səbəb olan Maliyyə savadlılığı və Əmanətlərin Sığortalanması sistemi çərçivəsində xarici ölkələrlə müqayisəli şəkildə müzakirələr aparıldı. Müzakirələrdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Xatırlatmaq istərdik ki, Beynəlxalq Əmanət Günü Azərbaycanda 31 oktyabr 2012-ci ildən başlayaraq hər il keçirilir. Bu ildə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu və Azərbaycan Banklar Assosiyasiyasının təşkilatçılığı və bir sıra kommersiya banklarının və bank olmayan təşkilatların iştirakı ilə 31 oktyabr 2014-cü il tarixində Beynəlxalq Əmanət Gününə və noyabr ayı ərzində davam edəcək Maliyyə Savadlılığı aylığına start verildi. Bu tədbir çərçivəsində həm şəhər həm də regionlardakı bir sıra məktəblərə Maliyyə Savadlılığının aşılanması məqsədi ilə səfərlər davam edəcək.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub