Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 18 iyun 2014-cü il tarixində daha bir onlayn seminarı baş tutdu.
“ İctimaiyyətin Məlumatlandırılmasının Strategiyaları” mövzusunu əhatə edən budəfəki seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin 6 üzvü (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan ), o cümlədən müşahidəçi qismində Belarusiya Depozitlərin Sığortalanması Fondu və Moldova Depozitlərin Sığortalanması Fondu iştirak etdi. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycan əmanətlərin sığortalanması təşkilatlarının öz təcrübələri ilə bağlı prezentasiyaları dinlənildikdən sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Məlumat üçün bildirmək istərdik ki, bu seminar Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin sayca dördüncü onlayn seminarıdır və bu cür seminarların mütəmadi olaraq hər rüb iki dəfədən çox olmayaraq keçirilməsi planlaşdırılır.
Xatırlatmaq istərdik ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Depozit Sığortaçıları Assosiasiyasının 2012-ci ilin oktyabr ayında keçirilən İllik iclasında qəbul edilən qərara əsasən 2013-2014-cü illər üçün Avrasiya Regional Komitəsinin sədri seçilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub