Beynəlxalq Valyuta Fondunun (bundan sonra-BVF) nümayəndələri 4-17 mart 2014-cü il tarixləri arasında Bakıda rəsmi səfərdədirlər. Səfər çərçivəsində BVF-nin missiya rəhbəri cənab Raja Almarzougi və nümayəndə heyəti cənab Sami Ben Naseur və cənab Engin Akçakoca Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra-Fond) inzibati binasında Fondun İcraçı direktoru cənab Azad Cavadovla görüş keçirdilər. Görüş çərçivəsində Fondun İcraçı direktoru A.Cavadov qonaqları əmanətlərin sığortalanması ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair Fondun mövcud və planlaşdırılan təklifləri, təklif olunan dəyişikliklərin əsas məqsədləri və strateji hədəflərə nail olunması üzrə görülən tədbirlər barədə məlumatlandırdı və onları maraqlandıran sualları cavablandırdı. Sonda BVF-nin missiya rəhbəri cənab R. Almarzougi və bank işləri üzrə ekspert cənab Engin Akçakoca Fonda ən son səfərləri haqqında danışdılar və qısa müddət ərzində Fondun fəaliyyətindəki inkişafın təqdirə layiq olduğunu bildirdilər. Daha sonra BVF-nin missiya rəhbəri cənab R. Almarzougi Fondun strateji hədəflərinə nail olmaq yolunda atdığı addımlarda Fonda hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirdilər. Fondun İcraçı direktoru Azad Cavadov öz növbəsində BVF-nin missiyasında uğurlar arzuladı və gələcəkdə onlarla əməkdaşlıq etməyə şad olacaqlarını bildirdi.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər