“Beynəlxalq Əmanət Günü” çərçivəsində iştirakçı banklar tərəfindən tədbirlərin keçirilməsi davam edir. Bu tədbirlərdən biri də “AGBank” ASC –nin təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun iştirakı ilə 20 noyabr 2013-cü il tarixində 20 saylı məktəbdə təşkil olunmuşdur.
Tədbirdə “AGBank” ASC-nin nümayəndələri tərəfindən “Beynəlxalq Əmanət Günü”, əmanət, banklar, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu haqqında ümumi məlumat verildikdən sonra müxtəlif viktorinalar keçirilmişdir. Qaliblərə Əmanətlərin Sığortalanması Fondu tərəfindən hazırlanmış xüsusi hədiyyələr verilmişdir. Tədbirdə iştirak edən digər şagirdlər də tədbirdən əliboş qayıtmamışdır. Belədiki, tədbir ərzində “Beynəlxalq Əmanət Günü” nün simvolu olan “Manatman” adlı dələ şagirdlərə bu gün üçün hazırlanmış çantalar, köynəklər, papaqlar, oyunlar və məlumat vərəqələri paylamışdır.
Tədbirin sonunda şagirdlərlə birgə xatirə şəkli çəkilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər