Əmanətlərin Sığortalanması Fonduna üzv olan və 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin əmanətçilərinə agent banklar tərəfindən kompensasiyaların ödənişini 23 iyul 2013-cü il tarixindən etibarən dayandırmışdır.
Bütün əmanətçilərinin nəzərinə çatdırılır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə uyğun olaraq əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində qəbul edilir.
Sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyanın ödənişi barədə bildirişin ilk dəfə 21 iyul 2012-ci il tarixdə dərc edildiyini nəzərə alaraq əmanətçilərdən kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 22 iyul 2013-cü il tarixi hesab olunur və Əmanətlərin Sığortalanması Fondu bu günə qədər qorunan əmanətləri üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərdən ərizə qəbulunu və bu tarixədək ərizələri ilə banklara müraciət etmiş əmanətçilərə agent banklar ( “Muğanbank” ASC, “Bank Respublika” ASC və “AGBank”ASC) tərəfindən kompensasiyaların ödənişini dayandırmışdır.
23 iyul 2013-cü il tarixindən sonra kompensasiya ödənilməsi üçün agent banklara müraciət etmiş əmanətçilərdən (012) 596 65 91/92/93 nömrələrinə və 941 qaynar xəttinə zəng etmələri və ya Fondun ofisinə (Bülbül pr. 40) müraciət etmələri xahiş olunur.
Əlavə məlumatları yuxarıda göstərilmiş əlaqə nömrələrinə zəng etməklə və ya Fondun rəsmi internet səhifəsindən ( www.adif.az) əldə edə bilərsiniz.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub