Əmanətlərin Sığortalanması Fondunda baş tutmuş görüşdə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya şöbəsinin icraçı direktoru mələhətçisi Raja M. Almarzoqi və baş iqtisadçısı Maria Albino-War, KAB Consulting şirkətinin eksperti R.Engin Akçakoca, və Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Yerli Ofisinin Rəhbəri Ağgün Qədirli və eyni zamanda Əmnətlərin Sığortalanması Fondun İcraçı direktoru Azad Cavadov, İnvestisiyaların idarəedilməsi üzrə baş iqtisadçı Elçin Niftiyev, Təhlil və risklərin idarəedilməsi üzrə baş iqtisadçı Elsevər Əmirovda görüşdə iştirak etmişlər.
Görüş əsnasında Fondunun İcraçı direktoru Azad Cavadov qonaqlara Əmanətlərin Sığortalanması Fondunun yaranma tarixi və məqsədləri ilə bağlı ümumi məlumatı verdi. İkitərəfli görüş zamanı Fonda üzv bankların sayı, banklarda olan ümumi əmanətçilərin sayı, qorunan və qorunmayan əmanətçilər barədə məlumatlandırdı. Əmanətlərin Sığortalanması Fondunda 2012-ci ildə “Royal Bank” ASC-nin bağlanması ilə əlaqədar yaranan sığorta hadisəsinin təffərüatları, adı keçən bankın qorunan əmanətlərinin miqdarı və bu miqdarın hansı hissəsinin sığorta hadisəsindən sonra artıq əmanətçiyə ödənildiyi haqda geniş məlumat verilmişdir. Görüş zamanı qonaqları maraqlandıran suallardan biri də əhalinin Fondu və əmanətlərin sığortalanması qaydaları haqda məlumatlandırılması dərəcəsi ilə bağlı idi ki, bu sualada Azad Cavadov ətraflı cavablandırdı və qonaqlar bu məqsədlə hazırlanmış bukletlər və flayerlərlə tanış edildi. Görüşün sonunda Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov qonaqların Fondun gələcək inkişaf planları və beynəlxalq standartlara və prinsiplərə uyğunlaşması prosedurları ilə bağlı və gələcəkdə qanunvericiliyə və Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının qanununa əlavə və dəyişikliklərin edilməsi prossesinin günümüzdə davam etməsi və gələcəkdə daha ədalətli sistem olan diferensial sistemə keçidin planlaşdırılması və hətta bununla bağlı artıq Azərbaycan Respulikası Mərkəzi Bankından bankların reytinqinin alınması haqda məlumat verdi.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub