"Royal Bank" ASC-nin əmanətçilərinə ödənilən kompensasiyalarla bağlı 08 avqust 2012-ci il tarixinə olan məlumat

Ana səhifə / Xəbərlər

Bildiyiniz kimi avqust ayının 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu“Royal Bank” ASC-nin əmanətçilərinə Agent banklar vasitəsi ilə kompensasiya ödənişinə başlamışdır. Seçilmiş üç agent bank tərəfindən artıq762əmanətçiyə əmanəti üzrə kompensasiya ödənilmişdir. Bu əmanətçilərdən356nəfəri Muğanbank ASC, 226 nəfəri AG Bank ASC və180nəfəri Bank Respublika ASC tərəfindən xidmət göstərilmişdir. Ümumilikdə qorunan əmanətçilərə cəmi 8,781,999 AZN kompensasiya ödənilmişdir. Bunlardan 6,713,187 manatda, 2,016,277 (AZN ekvivalentində) ABŞ dollarında və 52,535 (AZN ekvivalentində) Avroda ödənilmişdir. Qeyd edək ki, kompensasiya məbləği ABŞ dolları və Avroda olduğu təqdirdə qonuna əsasən Mərkəzi Bankın sığorta hadisəsi baş verdiyi günə yəni 16 iyul 2012-ci il tarixinə olan valyuta məzənnəsi götürülür və həmin günə ABŞ dollarının məzənnəsi0.7855AZN və Avroda0.9616AZN kimi götürülməlidir.

Artıq qorunan əmanətçilərin 54 faizi əmanətləri üzrə kompensasiya almışdır.

Qeyd edək ki, kompensasiya almaq üçün müraciət edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödənilmişdir, problem olduğu halda isə əmanətçinin ərizəsi alınaraq araşdırılması üçün aidiatı yerə yönləndirilmişdir.

Əmanətçilərdənkompensasiyaödənişləriüzrəərizələrinqəbulu 20 iyul 2013-cü il tarixinə qədər davam edəcəkdir.