Avqust ayının 1-dən editbarən Əmanətlərin Sığortalanması Fondu “Royal Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başladı. Seçilmiş üç agent bank tərəfindən artıq 550 əmanətçiyə əmanəti üzrə kompensasiya ödənilmişdir. Bu əmanətçilərdən 181 nəfəri Muğanbank ASC, 128 nəfəri AG Bank ASC və 111 nəfəri Bank Respublika ASC tərəfindən xidmət göstərilmişdir. Ümumilikdə cəmi 6,727,186 AZN kompensasiya ödənilmişdir. Bunlardan 5,166,668 Manatda, 1,536,908 (azn ekvivalentində) ABŞ dollarında və 23,610 (azn ekvivalentində) Avroda ödənilmişdir. Qeyd edək ki, ABŞ dolları və Avronun məzənnəsi Mərkəzi Bankın sığorta hadisəsi baş verdiyi günə olan valyuta məzənnəsi götürülür və həmin günə ABŞ dollarının məzənnəsi 0.7855 qəpik və Avroda 0.9616 qəpik kimi götürülür.
Müraciət edən əmanətçilərin arasında 248 əmanətçi problemli müştəri kimi qeydə alınmışdı və həmin əmanətçilərin bir qisminin problemləri araşdırılaraq öz həllini tapmışdır.
Müraciət edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər