ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU SIĞORTA HADİSƏSİ BAŞ VERMİŞ "ROYAL BANK" ASC-nin QORUNAN ƏMANƏTÇİLƏRİNƏ KOMPENSASİYA ÖDƏYƏCƏK AGENT BANKLARIN FİLİALLARI HAQQINDA MƏLUMAT

Ana səhifə / Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna01 avqust 2012-ci il tarixindənetibarən agent bankların filiallarında başlanılacaqdır.

Ərizə formalarınıqorunan əmanətçilər30 iyul 2012-ci il tarixindənetibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və bura daxil olaraq əldə edə bilərsiz.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Royal Bank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:


Siyahıya baxmaq üçünbura daxil olun.


Agent banklardan məlumat almaq üçün qaynar telefon xətti

-“933”“Muğanbank” ASC-nin qaynar xətti;

-“144”“Bank Respublika” ASC-nin qaynar xətti;

-“135”“AG Bank” ASC-nin qaynar xətti.

Əlavə məlumat üçün:

-Fondun rəsmi internet saytındanwww.adif.az;

- Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən;

-“941”Fondun qaynar telofon xətti.