19 iyul 2012-cil tarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində seçilmiş Agent Banklar - “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC-nin İdarə Heyətnin üzvləri və IT Departamentinin rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə sığorta hadisəsi baş vermiş “Royal Bank“ ASC-nin qorunan əmanətçiləri qarşısında öhdəliklərinin reyestrinin Agent bankların informasiya sistemlərinə köçürülməsi imkanları və agent bankların kompensasiyanı əmanətçilərə ödəyəcək filialları, kompensasiyanın ödənilməsi ilə bağlı sual doğuran məsələlər müzakirə edildi.
Müzakirənin nəticəsi olaraq, Agent banklar əmanətçilərə kompensasiyanın ödənilməsi işinin effektiv təşkil olunması məqsədi ilə daxildə işçi qruplarının yadılmasını qərara aldılar.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub