Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Fonda təqdim olunmuş 16 iyul 2012-ci il tarixli 16/05-125 nömrəli məktuba əsasən “Royal Bank” ASC-nin öhdəliklərinin yerinə yetirilməsinə moratorim tətbiq edilmişdir və bununla da “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9 maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Royal Bank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu “Royal Bank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 16 iyul 2012-ci il tarixi “Royal Bank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
Məlumat üçün bildiririk ki, “Royalbank” ASC-də əmanətçilərin 98 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bankda 30 (otuz) min manata qədər əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir.
Yaxın günlərdə “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçiləcək Agent bank və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər