Əmanətlərin Sığortalanması Fondu üçün avtomatik qapı, kamera nəzarət sistemi və elektron açar nəzarət sisteminin satınalınması üçün yeni kotirovka sorğusu

Ana səhifə / Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, avtomatik qapı, kamera nəzarət sistemi və elektron açar nəzarət sisteminin satınalınması ilə bağlı 02 may 2012-ci il tarixli elan edilmiş kotirovka sorğusu iddiaçılar tərəfindən sənədlərin tam təqdim edilmədiyi və əsas şərtlər toplusunun tələblərinə uyğun olmadığı üçün Satınalmalar Komissiyasının 16 may 2012-ci il tarixli qərarına əsasən baş tutmamış hesab edilmişdir.Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu aşağıda göstərilən Lotlar üzrə yeni kotirovka sorğusu elan edir:

Lot 1: Əmanətlərin Sığortalanması Fondunun ofisinin giriş hissəsi üçün avtomatik qapının (fotosel) alınması və quraşdırılması

Lot 2: Əmanətlərin Sığortalanması Fondunun ofisi üçün kamera nəzarət sisteminin alınması və quraşdırılması

Lot 3: Əmanətlərin Sığortalanması Fondunun ofisi üçün elektron açar nəzarət sisteminin alınması və quraşdırılması

Kotirovka Sorğusunun əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən almaq olar.

Malların və xidmətlərin qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvana29 may 2012-ci il tarixə saat 11:00 qədər əlaqələndirici şəxsə təqdim olunmalıdır. Zərflər 29 may 2012-ci il tarixdə saat 15:00-da Fondun ofisində açılacaqdır.İddiaçıların nümayəndələri səlahiyyətlərini təsdiq edən sənədi və ya vəkalətnaməni ən geci 29 may 2012-ci il tarixdə saat 11:00 qədər əlaqələndirici şəxsə təqdim etməklə zərflərin açılışında iştirak edə bilərlər.

Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 596-65-91/92 nömrəli telefonla əlaqələndirici şəxs Elçin Tağıyevə müraciət etmək olar.