Böyük Britaniyada fəaliyyət göstərən Avropa Biznes Assambleyası tərəfindən Əmanətlərin Sığortalanması Fondu 2011-ci il üzrə yüksək iş fəaliyyəti, uğurlu idarəetmə və inkişaf dinamikasına görə “Ən yaxşı şirkət” nominasiyasında mükafanlandırılıb.
Onu da qeyd edək ki, ƏSF ümumavropa etibarlı partnyorlar və dinamik inkişaf edən təşkilatlar reyestrinə daxil edilib.
2011-ci il, 10-13 dekabr tarixində mükafatın təqdimat mərasimi keçirilib və təqdimatda Şərqi və Mərkəzi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionundan təmsilçi qismində 100-dən artıq şirkətin rəhbəri iştirak edib.
ƏSF-nin xidmətlərinin keyfiyyətinin Avropa standartlarına uyğun olduğu üçün “Avropa keyfiyyəti” beynəlxalq mükafatına (Europian Quality Award) layiq görülüb.
Hər il Avropada inkişaf edən şirkətləri və biznes fəaliyyətində uğur qazanmış rəhbərləri müəyyənləşdirən Assambleyanın əsas məqsədi postsovet ölkələrində iqtisadi proqramlarının dəstəklənməsi və Avropada onlara olan etibarın artırılmasıdır.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub