Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 1 308 min AZN, 1 453 min ABŞ dolları, 193 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.
Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3 mln. AZN təşkil edir.Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 mln. AZN, qorunmayan əmanətlər 1 414 mln. AZN, qorunan əmanətlər isə 2 125 mln. AZN təşkil edir.
Qorunan əmanətçilərin sayı 5 mln. 542 min 397 nəfərdir.
01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub