Əmanətlərin Sığortalanması Fondu 2010-cu il 27 may tarixində mətbuat konfransı keçirdi.
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Mərkəzi Bankla razılaşdırılmaqla 2010-cu il iyun ayının 1-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 15%-dən 12%-ə endirdi. Bu barədə Fondun icraçı direktoru Azad Cavadov Kütləvi İnformasiya Vasitələri nümayəndələri qarşısında çıxış etdi və qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin endirilməsinin əsas səbəblərini açıqladı.
Mətbuat konfransında həmçinin Azərbaycanda təcrübə mübadiləsi məqsədi ilə səfərdə olan Rusiya Federasiyasının Əmanətlərin Sığortalanması üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etdilər. Agentliyin baş direktorunun müavini Andrey Melnikov çıxış etdi və Rusiyada əmanətlərin sığortalanması haqqında məlumat verdi.
01 iyun 2010-cu il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub