Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış "Bank Silk Vey" ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 42-yə çatdı.
Fonda üzv olan hər bir banka Fond tərəfindən üzvlük haqqında şəhadətnamə verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.
Bundan əlavə, iştirakçı bankların baş ofis və filiallarının giriş qapılarında və ya müştərilərin diqqətini daha tez cəlb edə biləcək yerlərdə Əmanətlərin Sığortalanması Fondunun Loqotipi təsvir olunmuş yapışqanlar vurulur.
İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarında yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xatırladaq ki, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum həddi 6 min manatdır.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər