Əmanətlərin Sığortalanması Fondu 2008-ci ilin I rübünün təqvim haqlarının toplanmasını başa çatdırıb. Təqvim haqları 841 min AZN, 1 mln. 94 min ABŞ dolları, 130 min avro təşkil edib.
İştirakçı bankların Fondun reysterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə birlikdə bütün daxil olan məbləğ 5 mln. 549 min AZN təşkil edir.
2007-ci ilin IV rübündə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 327 mln. 349 min AZN olub. Qorunmayan əmanətlər 192 mln. 418 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 134 mln. 931 min AZN təşkil edirdi. 2008-ci ilin I rübündə isə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 1 mlrd. 497 mln. 790 min AZN, qorunmayan əmanətlər 220 mln. 300 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 277 mln. 490 min AZN-dir. Ötən rübə nisbətən bu rüb fiziki şəxslərin üzv banklarda olan əmanətləri 13%, qorunmayan əmanətlər 14%, qorunan əmanətlər isə 13% artıb.
Qorunan əmanətçilərin sayı ötən rüb 1mln. 85 min 572 nəfər olub. Bu gün isə bu rəqəm 4% artaraq 1 mln.124 min 804 nəfərə çatıb.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub