Əmanətlərin Sığortalanması Fondu IV rübün təqvim haqlarının toplanmasını başa çatdırıb. Təqvim haqları 665 min 800 AZN, 1 mln. 62 min 367 ABŞ dolları, 112 min 454 avro təşkil edib. Bu isə III rüblə müqayisədə milli valyutada olan məbləğdə 9%, ABŞ dollarında 4,5%, avroda olan məbləğdə isə 47,6% artıqdır. İştirakçı bankların ƏSF-nin reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 3 mln. 640 min 381 AZN təşkil edir.
Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri III rübdə 1 mlrd. 203 mln. 490 min AZN, IV rübdə isə 1mlrd. 327 mln. 349 min AZN-dir. Qorunmayan əmanətlər III rübdə 158 mln. 442 min AZN, IV rübdə isə 192 mln. 418 min AZN-dir. Qorunan əmanətlərin cəmi isə III rübdə 1mlrd. 45 mln. 48 min AZN, IV rübdə 1 mlrd. 134 mln. 931 min AZN təşkil edir. III rübə nisbətən IV rübdə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 10%, qorunmayan əmanətləri 21%, qorunan əmanətləri isə 9% artıb.
Qorunan əmanətçilərin sayı üzv banklarda III rübdə 1 mln.15 min 33 nəfər olub. Bu gün isə 1mln. 85 min 572 nəfərin əmanəti qorunur. III rübə nisbətən qorunan əmanətçilərin sayı 7% artıb.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər