Əmanətlərin Sığortalanması Fondunun internet saytı istifadəyə verilib.
www.adif.az ünvanında fond haqqında məlumat, əmanətçilər və banklar üçün bilgilərlə yanaşı dünya təcrübəsi ilə də tanış olmaq mümkündür. Bundan başqa Əmanətlərin Sığortalanması Fondu ilə bağlı qanunvericilik bazası da saytda tam əksini tapıb. Məlumatlar sayta azərbaycan və ingilis dillərində yerləşdirilib.