Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ilk təqvim haqlarını toplayıb. Təqvim haqları 601 916 AZN, 1 002 170 ABŞ dolları, 73 068 avro təşkil edir. Fonda köçürülən təqvim haqlarının cəmi 1 547 253 AZN-dir.
Iştirakçı bankların ƏSF-nin reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 1 887 253 AZN təşkil edir. Qorunan əmanətlərin cəmi isə 1 031 502 068 AZN təşkil edir.
Təqvim haqları iştirakçı bankların fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0, 15 faizi, 2008-ci ilin III rübündən etibarən isə 0,125 faizi həcmində, əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda isə bu valyutaların biri ilə Milli Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Təqvim haqları bankın fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. ƏSF-nin sığorta ehtiyatları qorunan əmanətlərin 5 faizinə çatdıqda, Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər