Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilmişdir.
Məlumat üçün bildiririk ki, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub