Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/202 nömrəli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılacaqdır. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məlumat üçün bildiririk ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditorlarından xahiş olunur ki, 25 dekabr 2023-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.
Əlaqə: (+994) 941.
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb
Əmanətlərin Sığortalanması Fondu və ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi arasında işgüzar görüşlər keçirilib
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər