Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari ilin yanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam 1,717,520,747 manat kompensasiya ödənişini həyata keçirmişdir. Yaxın keçmişə nəzər salsaq, ölkəmizdə Koronavirus pandemiyası səbəbilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiq olunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişini həyata keçirməklə fəaliyyət tarixində ilkə imza atmışdır. Məhz 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 bank üzrə toplam 35020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897,581,697 manat kompensasiya ödənişi həyata keçirilmişdir.
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun rəsmi saytında Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun satışa çıxarılan aktivləri üzrə yeni bölmə yaradılıb