Əmanətlərin Sığortalanması Fondunun 941 – Məlumat Mərkəzi tərəfindən 2024-cü il üzrə 11872 vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin 63%-i Bakı şəhərindən, 37%-i ölkəmizin digər bölgələrindən daxil olub.
Vətəndaşların müraciətlərində əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə onlara məlumatlar, sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilməsi təmin edilib.
Qeyd edək ki, daxil olan müraciətlərin 3128-i ləğv prosesində olan banklar üzrə kreditlərin ödənilməsi, habelə kredit hesabları haqqında məlumat, 2469-u əmanətlərin sığortalanması və kompensasiya olunması, 1578-i aktivlərin satışı və icarəsi, 1410-u girovdan azad müraciəti, 1359-u borcun olmaması haqqında arayışın əldə olunması, 1928-i isə digər məsələlər üzrə mövzuları əhatə edib.
941 – Məlumat Mərkəzi tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi diqqətdə saxlanılır və lazımi tədbirlər görülür. Bununla bağlı, olaraq 941 – Məlumat Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 32 saniyəyə enib. Qeyd edək ki, bu göstərici 2020-ci ilə qədər 6 dəqiqə 31 saniyə olub.