Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan “Muğan Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
|
|
Reyestrə daxil olma tarixi |
Bankın adı |
|
1 |
30.07.07 |
ASC "XALQ"Bankı |
|
2 |
30.07.07 |
"Azərbaycan Beynəlxalq Bankı"ASC |
|
3 |
30.07.07 |
“ACCESSBANK” QSC |
|
4 |
30.07.07 |
Melli İran Bankı Bakı filialı |
|
5 |
30.07.07 |
"Azər-Türk Bank" ASC |
|
6 |
30.07.07 |
"Bank of Baku" ASC |
|
7 |
30.07.07 |
"Bank Respublika" ASC |
|
8 |
30.07.07 |
"Kapital Bank" ASC |
|
9 |
30.07.07 |
"YELO BANK" ASC |
|
10 |
30.07.07 |
"Rabitəbank" ASC |
|
11 |
30.07.07 |
"TURANBANK" ASC |
|
12 |
30.07.07 |
"UNİBANK" KB ASC |
|
13 |
30.07.07 |
Yapı Kredi Bank Azərbaycan QSC |
|
14 |
07.08.07 |
"Expressbank"ASC |
|
15 |
10.09.07 |
"Azərbaycan Sənaye Bankı" ASC |
|
16 |
04.12.07 |
"Bank Avrasiya" ASC |
|
17 |
04.12.07 |
"Paşa Bank" ASC |
|
18 |
29.08.08 |
"Naxçıvanbank" ASC |
|
19 |
16.01.09 |
"AFB BANK"ASC |
|
20 |
26.02.09 |
BANK VTB (AZƏRBAYCAN) ASC |
|
21 |
28.04.09 |
PREMIUM BANK ASC |
|
22 |
15.04.10 |
Bank "BTB" ASC |
|
23 |
15.05.15 |
"Ziraat Bank Azərbaycan" ASC |
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub