31 oktyabr 2024-cü il tarixində Əmanətlərin Sığortalanması Fondu Qarabağ Universitetində Beynəlxalq Əmanət Gününə həsr olunmuş “Əmanətlərin sığortalanmasının 100 illik yubileyi. Etimad və sabitliyin 100 ili” adlı təlim keçirilmişdir.
Təlimdə, Qarabağ Universitetinin prorektorları Fariz Əhmədov və Nərgiz İsmayılova, iqtisadiyyat fakultəsinin dekanı Ceyhun Məmmədov, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Hüquq departamentinin baş hüquqşünası Misirə Xəlilzadə, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov və “Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak etmişdir.
Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, Qanunvericiliyin Azərbaycan əmanətlərin sığortalanması sistemində rolu, risklərin idarə edilməsi, yaşıl maliyyə və yeni risklər, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirmişdir.
Təlimlərin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələr ilə təltif edilmişdir.