27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində mühüm və şanlı bir səhifə kimi tarixə düşmüşdür. Məhz şəhidlərimizin igidliyi və fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, milli həmrəyliyimiz və qürurumuz bir daha nümayiş etdirilmişdir.
Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi və əməkdaşları şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək məqsədilə Zəfər parkını ziyarət etmiş, onların ruhuna dərin hörmət və ehtiramlarını bildirmişlər.
Bununla yanaşı, Anım Günü münasibətilə Fond tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsində iştirak etmiş əməkdaşlar çıxış edərək döyüş xatirələrini və şəxsi təəssüratlarını bölüşmüş, şəhidlərimizin qəhrəmanlığını və Vətənə sədaqətini xüsusi vurğulamışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
Əmanətlərin Sığortalanması Fondu ilə Özbəkistan Respublikasının Əmanətlərə Zəmanət Agentliyi arasında institusional əməkdaşlığa dair memorandum imzalanıb
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi yekunlaşıb
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib
Əmanətlərin sığortalanması sistemi ilə bağlı ictimaiyyətə təqdim olunan yanlış məlumatlara dair açıqlama
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib