Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş 29 iyul 2019-cu il tarixindən etibarənbaşlanacaqdır.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babər prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət olunmalıdır.
Əlaqə nömrələri: (012) 596 65 91/92/93
Qaynar xətt: 941
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub