Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.
Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.
Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir.
Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin yeni Metodologiya əsasında müəyyən edilməsi barədə məlumat
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri 20 yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalında satışlar davam etdirilir
ƏSF kollektivi Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib
Əmanətlərin Sığortalanması Fondunda könüllü qanvermə aksiyası təşkil olunub