Ləğv prosesində olan “Muğanbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş ləğv prosesində olan “Muğanbank” ASC-nin qəbul və etiraz edilmiş tələblərinin siyahılarının təsdiq edilməsi barədə ərizəyə baxılması ilə bağlı şifahi məhkəmə iclası 17 sentyabr 2024-cü il tarixə, saat 14:20-a təyin edilmişdir.
Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin binasında (13 nömrəli məhkəmə iclas zalında) hakim Pərviz Hüseynovun sədrliyi ilə keçiriləcəkdir.