Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Azərbaycan Kredit Bankı" ASC-nin ləğv prosesinin yekunlaşdırılması ilə əlaqədar kreditorlarının diqqətinə çatdırır ki, tələblərini əldə etməmiş kreditorlar tələbləri üzrə ödənişləri 04.11.2022-ci il tarixədək Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına yaxınlaşaraq əldə edə bilərlər.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişinin nağdsız qaydada həyata keçirilməsini nəzərə alaraq müvafiq sənədləri və ödəniş üçün bank rekvizitlərini Əmanətlərin Sığortalanması Fonduna təqdim etsinlər.
Əlavə məlumat üçün:
Qaynar xətt: (+994) 941
adif@adif.az