LƏĞV PROSESİNDƏ OLAN "GƏNCƏBANK" ASC-NİN KREDİTORLARININ DİQQƏTİNƏ!
8.04.2019
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 15 aprel 2019-cu il tarixindənbaşlanacaq.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan "Gəncəbank" ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması FondununBakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasınamüvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44
Bakı ş. (012) 596 65 91/92/93
Qaynar xətt: 941
Ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
Ləğv prosesində olan "Gəncəbank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.
Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt
06.01.2017
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.
Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanması barədə 02 noyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində və 02 noyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilmişdir.
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 02 noyabr 2016-cı il tarixdən başlanılmış və 02 yanvar 2017-ci il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.
25.04.2017
21.10.2016-cı il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Gəncəbank" ASC müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Məhkəmənin müvafiq qərarı ilə banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.
Bununla əlaqədar "Banklar haqqında" Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.
24.01.2017-cı il tarixdə ləğv prosesində olan "Gəncəbank" ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.
09.02.2017-cı il tarixdə isə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan "Gəncəbank"ASC-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan "Gəncəbank"ASC-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.
Məlumat üçün bildiririk ki, Kreditorlar Komitəsinin Əsasnaməsi Əmanətlərin Sığortalanması Fondunun veb səhifəsində yerləşdirilmişdir: http://adif.az/doc/kredit.pdf
Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün artıq dəvət məktubları və bildirişlər göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 05.05.2017-cı il tarixdə "Gəncəbank" ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 15:00-da ləğv prosesində olan "Gəncəbank" ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.