Ləğv prosesində olan "DəmirBank" ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə BİLDİRİŞ
Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən "DəmirBank" ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ləğv prosesində olan "DəmirBank" ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) "DəmirBank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablar, nağd qaydada isə ləğv prosesində olan "DəmirBank" ASC-nin baş ofisi və filial şəbəkəsi və "DəmirPay" ödəniş terminalları vasitəsilə edə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO "DəmirBank" ASC, VÖEN | 9900001471 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ2C |
SWIFT.BIK (valyuta) | NABZAZ2X |
Kod | 501004 |
Müxbir hesab AZN | AZ74NABZ01451700000000001944 |
Hesablaşma hesabı AZN | AZ78NABZ01350100000000054944 |
Müxbir hesab EUR | AZ97NABZ01452800000000003954 |
Hesablaşma hesabı EUR | AZ89NABZ01350200000000055954 |
Müxbir hesab USD | AZ32NABZ01452800000000007840 |
Hesablaşma hesabı USD | AZ92NABZ01350200000000057840 |
Müxbir hesab GBP | AZ90NABZ01452800000000005826 |
Hesablaşma hesabı GBP | AZ84NABZ01350200000000017826 |
Bakı ş., Qarabağ küçəsi, 31, ləğv prosesində olan "DəmirBank" ASC-nin "Əməliyyat İdarəsi" filialı.
Əlaqə telefonları: ( 99412) 444-71-71
Ləğv prosesində olan "DəmirBank" ASC-nin Kreditorlarının nəzərinə
05 yanvar 2018-ci il
Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən "DəmirBank" ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla "DəmirBank" ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Azərbaycan Respublikası "Banklar haqqında" Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən ("Xalq Qəzeti"nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində "DəmirBank" ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:
Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan "DəmirBank" ASC-nin "Əməliyyat idarəsi" filialı.
Əlavə məlumatlar ücün əlaqə nömrələri:
( 99412) 444-71-71
( 99412) 447-77-44;
596-65-91.
Qaynar xətt – 941.
BİLDİRİŞ Ləğv prosesində olan "DəmirBank" ASC-nin Kreditorlarının nəzərinə
Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan "DəmirBank" ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.
Ləğv prosesində olan "DəmirBank" ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan "DəmirBank" ASC-nin "Əməliyyat idarəsi" filialı.
Əlavə məlumatlar ücün əlaqə nömrələri:
(99412) 444-71-71
(99412) 447-77-44
(99412) 596-65-91
Qaynar xətt – 941.
Ləğv prosesində olan "Dəmirbank" ASC-nin qorunan əmanətçilərinin nəzərinə
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "DəmirBank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti 29 dekabr 2018-ci il tarixində bitir.