Əmanətlərin Sığortalanması FondununQSC "Bank Standard" KB-yə ləğvedicisi təyin edilməsi barədəELAN
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və "941" nömrəli qaynar xətt
Ləğv prosesində olan QSC"Bank Standard" KB -nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72- ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941
Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941
Ləğv prosesində olan QSC "BankStandard" KB -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
13.12.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC "Bank Standard" KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 12 oktyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 12 oktyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilmişdir.
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan QSC "BankStandard" KB -nin kreditorlarının tələblərinin qeydə alınmasına 12 oktyabr 2016-cı il tarixdən başlanılmış və 12 dekabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.
Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Kreditorlar Komitəsinin yaranması barədə
21.04.2017
04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC "Bank Standard" KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
Ləğv prosesində olan QSC "Bank Standard" KB–nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanunun 86.1-ci maddəsinə əsasən kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.
Qeyd etmək istərdik ki, "Banklar haqqında" Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.
05.12.2016-cı il tarixdə ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.
29.12.2016-cı il tarixdə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.
Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə (hüquq şirkəti, ictimai birlik, ictimai nüfuza malik olan ziyalı) artıq dəvət məktubları və bildirişlər göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 28.04.2017-cı il tarixdə QSC "Bank Standard" KB-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.