Ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72- ci maddəsinə uyğun olaraq bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Bakı şəhəri, Babək prospekti 16
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və "131"/"941" nömrəli qaynar xətt
Ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması barədə ELAN
29.04.2017
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin ləğvedicisi "Azerbaijan International Legal Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.
Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Bakı şəhəri, Babək prospekti 16
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və "131"/"941" nömrəli qaynar xətt
Ləğv prosesindəolan "Yunayted Kredit Bank" ASC-nin qorunanəmanətçilərinin nəzərinə
13 aprel 2018-ci il
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti 16 aprel 2018-ci il tarixində bitir.
Ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi barədə ilk elan Əmanətlərin Sığortalanması Fondunun internet saytında 17 aprel 2017-ci il tarixində dərc edilib.
"Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, qorunan əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilir.
Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.