Ləğv prosesində olan "ATRABANK" ASC

Ana səhifə / Elan və bi̇ldi̇ri̇şlər

Əmanətlərin Sığortalanması Fondunun "Atrabank" ASC-nin ləğvedicisi təyin olunması barədə ELAN


16.08.2016


Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə "Qafqaz İnkişaf Bankı"ASC və "Atrabank" ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt


Ləğv prosesində olan "Atrabank" ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN

25.08.2016

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə "Atrabank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və "Atrabank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atrabank" ASC-yə ləğvedici təyin olunmuşdur.

Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941

Ləğv prosesində olan "Atrabank" ASC -nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ

25.08.2016

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə "Atrabank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və "Atrabank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atrabank" ASC-yə ləğvedici təyin olunmuşdur.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72- ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ləğv prosesində olan "Atrabank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941


Ləğv prosesində olan "Atrabank"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

24.11.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə "Atrabank" ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 25 avqust 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 27 avqust 2016-cı il tarixdə Xalq qəzetində elan yerləşdirilmişdir.

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Atrabank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılmış və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.