Ləğv prosesində olan "KREDOBANK" ASC

Ana səhifə / Elan və bi̇ldi̇ri̇şlər

Əmanətlərin Sığortalanması Fondunun "Kredobank" ASC-nin ləğvedicisi təyin olunması barədə ELAN

25.07.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank"ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank"ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC və 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank"ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt


Ləğv prosesində olan "Kredobank" ASC nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ

10.08.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən "Kredobank" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

Ləğv prosesində olan "Kredobank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93

Qaynar xətt: 941


Ləğv prosesində olan "Kredobank" ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN

07.09.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.

Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan "Kredobank" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941


Ləğv prosesində olan "Kredobank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

22.11.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 07 sentyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 07 sentyabr 2016-cı il tarixdə Vergilər qəzetinin 35 (346) saylı buraxılışında elan yerləşdirilmişdir.

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Kredobank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 07 sentyabr 2016-cı il tarixdən başlanılmış və 07 noyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.


Ləğv prosesində olan "Kredobank" ASC-nin Kreditorlar Komitəsinin yaradılması barədə

01.05.2017

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli 16 saylı qərarı ilə "KredoBank" ASC-nin bank lisenziyası 22.07.2016-cı il tarixdən etibarən ləğv edilmişdir.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə "KredoBank" ASC məcburi ləğv edilmiş və qərarla Əmanətlərin Sığortalanması Fondunu 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi olaraq təyin olunmuşdur.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə "KredoBank" ASC-nin iflas proseduruna başlanılmışdır.

Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.

Bununla əlaqədar "Banklar haqqında" Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.

19.01.2017-cı il tarixdə ləğv prosesində olan "Kredobank" ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 03.03.2017-cı il tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.

Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilmişdir.

Göstərilənlərlə əlaqədar bildiririk ki, 10.05.2017-cı il tarixdə "Kredobank" ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Kreditorlar Komitəsinin iclası saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.