Əmanətlərin Sığortalanması Fondunun "Zaminbank" ASC-yə ləğvedicisi təyin edilməsi barədə
25.07.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank"ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank"ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC və 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank"ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt
Ləğv prosesində olan "Zaminbank" ASC nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
10.08.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank"ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən "Zaminbank" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
Ləğv prosesində olan "Zaminbank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93
Qaynar xətt: 941
Ləğv prosesində olan "Zaminbank" ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN
05.10.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1 (81)-3620/16 saylı qərarı ilə "Zaminbank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.
Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan "Zaminbank" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Bununla əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941
Ləğv prosesində olan " Zaminbank" ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
13.12.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1 (81)-3620/16 saylı qərarı ilə "Zaminbank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.
Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan "Zaminbank" ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 05 oktyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 05 oktyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilmişdir.
"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Zaminbank" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 oktyabr 2016-cı il tarixdən başlanılmış və 05 dekabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.