ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDUNUN "TEXNİKABANK" ASC-nin LƏĞVEDİCİSİ TƏYİN EDİLMƏSİ BARƏDƏ
19.04.2016
Əmanətlərin Sığortalanması Fondu, ləğv prosesində olan "Texnikabank" ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Texnikabank" ASC-nin ləğvedicisi "M.M.M. Perfekt Konsaltinq" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.
Qeyd edilən tarixdən etibarən ləğvedicisi qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.
Fondun ünvanı:
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri:
(012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt